تبليغاتX
کمیته دفاع از عباس لیسانی -

Abbas Lisaninin həyat yoldaşı sərbəst buraxılıb

[ 13 Aprel 2008 13:41  ]Bakı.Ramil Məmmədli-APA. İran azərbaycanlılarının haqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə sərbəst buraxılıb.

APA-nın məlumatına görə, İranın xüsusi xidmət orqanlarının (ettelaat) əməkdaşları aprelin 11-də saat 01.00 radələrində R. Əlizadənin evində axtarış aparıblar. Bundan sonra onun özünü həbs ediblər, kompüterini isə müsadirə ediblər. R. Əlizadə aprelin 12-də gecə saatlarında sərbəst buraxılıb. R. Əlizadəyə həyat yoldaşının məhkəmə prosesi və ona edilən təzyiqlərlə bağlı məlumatlar yaymaması barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.

 
business articles